Davranış Kodeksi və Biznes Etikası
“Fominov Konsalting” MMC yüksək etik standartlara və fəaliyyətimizi tənzimləyən bütün müvafiq qanun və qaydalara dair uzunmüddətli öhdəçilik daşıyır. Bu standartların qorunması heç vaxt günümüzün rəqabətcil və sürətlə dəyişən biznes mühitində olduğu qədər əhəmiyyətli olmamışdır. “Fominov Konsalting” şirkətinin əməkdaşları olaraq, sizdən etik davranış göstərməyiniz və işinizə aid olan siyasət və qanunlara riayət etməyiniz gözlənilir.
“Fominov Konsalting” şirkətinin Davranış Kodeksi və Biznes Etikası məcəlləsində təsvir olunan standartlar bizim etik biznes təcrübəmizə və qanun-qaydalara olan müvafiqliyimizə davamlı töhfəmizi əks etdirir. Məcəllə adi işçilərdən tutmuş rəhbər vəzifəli işçilər də daxil olmaqla hər kəsə aiddir. “Fominov Konsalting” şirkəti üçün çalışan heç kim bu Məcəllədə istisna təşkil etmir və vəzifəsindən, səlahiyyətlərindən asılı olmayaraq heç kimin sizdən bu Məcəlləni pozmağınızı tələb etmək hüququ yoxdur.
Müxtəlif şəraitlərdə doğru qərar qəbul etmək üçün Məcəlləyə istinad edə bilərsiz. Bununla belə, Məcəllə “Fominov Konsalting” şirkətinin əməkdaşı kimi qarşılaşa biləcəyəniz hər məsələni və ya vəziyyəti əhatə etmir. Davranışınıza nəzarət etmək, bu barədə məsul şəxsləri məlumatlandırmaq üçün Məcəllədən şirkətin siyasət təlimat və kitabçaları ilə birgə istifadə etməlisiz.
Hər hansı etik və ya qanun pozuntusunun baş verdiyinə əminsizsə, bu barədə rəhbərinizə və ya Məcəllədə göstərilən mənbələrdən istənilən birinə məlumat verməlisiz. Bizim siyasətimiz bu öhdəliyin icrasına görə sizə qarşı hər hansı bir formada təzyiq göstərilməsinin əleyhinədir və bunu qadağan edir.
“Fominov Konsalting” şirkətinin uğuru sizin etik və qanuna müvafiq şəkildə davranışınıza davamlı olan töhfələrinizdən asılıdır.
Ticarət hədəflərimizin şəffaf reputasiya ilə əldə olunmasında göstərdiyiniz səylər üçün təşəkkür edirəm.
Hörmətlə,
Yuriy Fominov
Baş Direktor, Təsisçi