“AWITA” Mükafatı, 12.05.23

19.05.2023

Azərbaycan Qadınları İT-də Mükafatı(AWITA) – qadınların texnologiya sahəsində nailiyyətlərini qeyd etmək və müxtəlifliyi dəstəkləmək üçün təşkil edilən illik tədbirdir. Əsas missiya sahəvi Rol modelləri tanıtdırmaq və texnologiya sahəsinə gələcək yeni nəsil mütəxəssisləri ruhlandırmaqdan ibarətdir.

Tədbirin təşkili təşəbbüsü və təşkilati işlərə rəhbərlik “Femmes Digitales” – tərəfindən həyata keçirilir. “Femmes Digitales”. Tamamilə könüllülüyə əsaslanan bir təşkilatdır.

AWITA qadınların texnologiya sektorunda davamlı töhfəsini vurğulamaq və təqdir etmək üçün yaradılmış unikal bir imkandır. Qadınlarin texnologiya sahəsində inkişaf etməsi üçün ən münasib zamana gəlmişik, çünki, indi informasiya texnologiyaları bir çox sahədə ən çox tələb olunan bacarıq hesab olunur.

Mükafatın MƏQSƏDI texnologiya sahəsində çətin və həyəcanlı yola çıxmaq istəyən gənc xanımların marağını cəlb etmək və onları ruhlandırmaq üçün sektroun görkəmli qadın nümayəndələrinin uğur hekayələrini vurğulamaq və ictimaiyyətlə bölüşmək yolu ilə gələcək nəslin texnologiya sahəsinə yönəlməsinə tövhə verməkdir.

Namizədləri topladıqdan sonra Münsiflər Heyəti hər kateqoriya üzrə 3 finalçı seçir. Ən vacib kateqoriyalardan biri - İlin İnklüzivliyi Dəstəkləyən Ən Yaxşı Şirkəti finalçı kimi seçildiyimiz üçün çox şadıq.

Biz öz nümunəmizlə sübut etməyə davam edəcəyik ki, şirkətin müxtəliflik və inklüzivliyə əsaslanan, korporativ mədəniyyəti qadınların hüquqlarını pozmadan tətbiq oluna bilər.

AZ