“Ailə Günü” Ekspedisiyası, 29-30.04.23

“Ailə Günü” Ekspedisiyası, 29-30.04.23

03.05.2023

Forest School Azerbaijan və Fominov Consulting Cənub Azərbaycanda “Family Day” ekspedisiyanı uğurla keçməsini elan etməkdən məmnunluq duyur! Fərqli regionlardan gələn ailələr Lənkəran şəhərini və Astara rayonunda gözəl Sim kəndini araşdırmaq üçün birləşdilər. Ekspedisiya zamanı iştirakçılar bir sıra maraqlı və təlimli tədbirlərlə tanış olurlar.

Tədbirin birinci günü İstisu qəsəbəsi ilə başladı və ailələr “Lənkəran çay plantasiyası”nı ziyarət etdilər. Burada valideynlər və uşaqlar çayın yetişdirilmə şəraiti, onun növləri, həmçinin, çayın dəmlənmə qaydaları və Azərbaycan çayının xüsusiyyətləri ilə yenidən tanış oldular, maraqlı məlumatlar əldə etdilər.

Bundan sonra ailələr Hirkan Milli Parkında yerləşən Xanbulan su anbarına səfər edərək oranın füsunkar təbiəti ilə tanış oldular.

Ekspedisiyanın növbəti dayanacağı isə Bambuk plantasiyası ilə tanışlıq oldu. Burada ailələr bambuk yetişdirilməsi ilə tanış oldular və hətta bambuk sənətkarlığı üzrə master-klassda iştirak etdilər.

Tədbirin son günü isə ailələr Sım kəndinə ekskursiya etdi. Onlar “Sım” şəlaləsinə qalxaraq oranın heyranedici mənzərəsi ilə tanış oldu. Bundan əlavə onlar burada təbiətdə sağ qalmaq ilə bağlı sessiyada iştirak etdilər. İştirakçılar həyatda sağ qalma ilə bağlı fərqli texnikalar barədə məlumatlar aldı və təbiətdəki növbəti macəraları üçün vacib biliklər əldə etdilər.

Bu unudulmaz həftəsonunda ailələr təbiətlə iç-içə oldu, çox maraqlı, səmərəli vaxt keçirdilər və onlar üçün əvəzolunmaz bir xatirə olaraq yaddaşlarında həkk olundu. Bu unudulmaz həftəsonu ailələr üçün təbiət və bir-biri ilə əlaqə qurmaq üçün ideal fürsət idi. Çoxsaylı maraqlı tədbirlər təklif edildiyindən hər kəs öz sevimli tədbirini tapa bilərdi. Bu tədbirdə iştirak edən bütün ailələrə təşəkkür edirik və növbəti tədbirimizdə görüşək!

AZ