“VEEAM Silver” Partnyorluq Statusu

01.07.2020

Məmnuniyyət hissi ilə bildirmək istəyirik ki, Fominov Konsalting şirkəti rəsmi olaraq VMware və MS Hyper-V üçün virtual mühitlərin ehtiyat nüsxələnməsi üzrə yüksək yedəkləmə və replikasiya vasitələri təklif edən Veeam Software şirkətinin Silver Reseller Partnyor statusunu qazanmışdır. Partnyorluq əlaqələrinin genişləndirilməsi, bizə müştərilərimizə artıq bütün üstünlüklərdən faydalanaraq Veeam proqram təminatı üzrə fərqləndirici qiymətlər təklif etmək imkanı verəcək.

Hamıya bəllidir ki, yedəkləmə və ehtiyat nüsxələmə istənilən müəssisə üçün əhəmiyyətlidir. Biz inanırıq ki, müştərilərə təklif üçün seçdiyimiz həllər effektiv yedəkləmə və biznes proseslərinin davamlılığında mühüm rol oynayır.

Bügünkü rəqəmsal dünyada, müştərilər biznes fəaliyyətlərində boşdayanmaya və məlumat itgisinə yol vermədən 24x7 rejimində fəaliyyət göstərməyə çalışırlar. Bizim Veeam ilə partnyorluğumuz müştərilərimizə birinci sinif bulud və yedəkləmə xidmətləri təklif etmək imkanını təmin edir. Əlavə olaraq, müntəzəm və fərqli treyninqlər səbəbindən, bizm satış nümayəndələrimiz, mühəndislərimiz və müştəriyə xidmət göstərən heyətimiz müştərilərlə yolculuğumuz müddətində hər mərhələdə ekspert dəstəyi göstərə və təlimatlandıra bilər. Bu sahə üzrə sertifikasiya keçmək və avtorizasiyalı Veeam partnyor statusunu qazanmaq üçün Fominov Konsalting şirkətinin mühəndis heyəti böyük səylə çalışmışdır. Məmnunluqla bəyan edirik ki, bizim mütəxəssislərin kiçik müəssisələrdən tutmuş böyük korporativlərə qədər istər dövlət, istərsə də özəl sektorun müştəriləri üçün virtual infrastrukturların dizaynı, tətbiqi və dəstəyi sahəsində böyük təcrübələri var.

Cloud Data Management™-i təmin edən yedəkləmə həllərində Veeam® liderdir. Veeam müştərilərin 24/7/365 rejimdə çalışmaları gərəkən bizneslərində Always-On Enterprise™ tətbiq edərkən rastlaşdıqları yeni çağırışları qəbul edir. Müəssisələrə yüksək sürətli bərpa, məlumat itgisinin qarşısını alma, təsdiqlənmiş bərpa imkanı, məlumatlardan istifadə və tam görünürlük təmin edən fundamental yeni həll vasitəsi ilə bütün tətbiqlər və məlumatlar üçün hədəflənmiş bərpa müddətinə (RTPO™) 15 dəqiqədən də az müddətdə nail olmaqda köməklik göstərərək, Veeam bu çağırışlardan irəli gələn problemləri aradan qaldırmaq məqsədi ilə Always-On Enterprise™ üçün “Availability” üzrə yeni bazarda ilk təşəbbüsçü oldu. Veeam çox tanınmış şirkətdir və onun həlləri daim təkmilləşməkdədir. İllər ötdükcə səciyyəvi əlamətləri və etibarlılığı yüksəlməkdə davam edir. Bundan əlavə, onların göstərdiyi xidmət səviyyəsi bu sahədə ən yaxşılardandır. WAN Akselerasiya, Deduplikasiya və Virtual Labs funksiyalarından istifadə etməklə, MCS bizim müştərilərin məlumatlarını təhlükəsiz və etibarlı şəkildə qoruyub saxlamağa köməklik göstərəcək.

Bizim şirkətin davamlı inkişafı müştərilər üçün mövcud olan aparıcı texnologiyalara töhfəmizin göstəricisidir və öncül texnologiyalardan istifadə etməklə hərtəfərli Virtualizasiya həlləri təklif etmək bacarığımızı təsdiqləyir.

 

Daha ətraflı məlumat üçün nutanix.com saytına istinad etməyiniz xahiş olunur VEEAM.COM və MÜŞTƏRİLƏR ÜÇÜN VEEAM

AZ